Etibar Məmmədovun keçmiş müavini azadlıqda

1-08-2016, 09:26           
Etibar Məmmədovun keçmiş müavini azadlıqda
3 ildir ki, Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə həbsdə saxlanılan AMİP sədrinin sabiq müavini, iş adamı Vaqif Musayev azadlığa buraxılıb.

Bu barədə Gununsesi.info-ya Musayevə yaxın mənbələr məlumat verib.

Xatırladaq ki, həbsdə olduğu müddət ərzində ürək əməliyyatı keçirən Vaqif Musayevin səhhəti də normal olmayıb. Buna baxmayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilib. O, dəfələrlə, vaxtından qabaq azadlığa çıxmağa çalışsa da onun bu istəyi rədd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru