Erməni hərbçisi özü özünə avtomat silahdan atəş açıb.
Bu barədə "news.am" saytına Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hadisə yerli vaxtla bu gün səhər saat 9 radələrində, baş verib.
İlkin məlumata görə, müşahidə məntəqəsində xidmət aparan kiçik çavuş Vaan Vaaqeviç Mikaelyan özü özünə xidməti silahı olan avtomatdan atəş açıb.
Faktla bağlı istintaq başlayıb və ekspertiza təyin edilib.
* * *14:44
Avqustun 4-də, saat 9.30-da işğalçı erməni ordusunun Dağlıq Qarabağda, cəbhənin şimal istiqamətində yerləşən hərbi hissələrinin birində hələlik tam aydın olmayan şəraitdə 1997-ci il təvəllüdlü əsgər Vahan Mikaelyan ölümcül güllə yarası alıb.
Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya yayıb.
Əsgərin ölüm səbəbini araşdırmaq üçün istintaq aparılır.