Əməkdar jurnalist bulvarı “boykot” etdi:"Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da!"
8-08-2016, 23:28
“Çoxdandır bulvarda olmuram. Demək olar ki, yaydan – yaya bir, ya iki dəfə gedəm. Az əvvəl də qəfil qərar verdik ki, çıxaq bir az hava alaq. Hava da yoxdur, bulvarda alış-veriş edənlərdə vicdan da! Bunlar bu qiymətləri necə müəyyən edirlər?”. Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın tanınmış jurnalistlərindən olan Əməkdar jurnalist Ləman Əliəşrəfqızı öz “Facebook” statusunda qeyd edib. O, qeyd edib ki, iki dondurma, bir suya 6 manat veriblər. “Hansı ki, o dondurma dükanda 40 qəpikdir, bunlar da versin cəhənnəm 60 qəpiyə. Daha 2 manata birini, 3 manata o birini yox daa! Deyirəm bizim qədər fürsətcil, öz millətinə qənim kəsilən, varlanmaq hərisi ikinci bir millət varmı? Axı bulvara gələn varlı təbəqə də deyil, əksəriyyəti kasıb-kusubdur, elə qiymət qoyun ki, bir gələn ikinci dəfə də gəlsin. Şəxsən mən bu gündən bulvarı boykot edirəm!”-deyə, o, daha sonra qeyd edib.