Fuad Abbasovun işindən nə xəbər var... - AÇIQLAMA

30-05-2019, 13:02           
Fuad Abbasovun işindən nə xəbər var... - AÇIQLAMA
“Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovla bağlı vəziyyət olduğu kimi qalır, hazırda apellyasiya şikayətinə baxılmasını gözləyirik”.

Bunu Modern.az-a açıqlamasında F.Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev bildirib.

Müvəkkililə görüşdüyünü bildirən hüquq müdafiəçisi, onun səhhətinin normal olduğunu deyib:

“Hər şey çox yaxşıdır, saxlanma şəraitilə bağlı heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.

Xatırladaq ki, azərbaycanlı jurnalist və bloger Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru