"Sənədləri saxta olan tələbələr var" - Nazirlik

30-05-2019, 13:18           
"Sənədləri saxta olan tələbələr var" - Nazirlik
"Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır".

ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyib.

O bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: "Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var".

H. Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: "Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru