İsveçrə bankı milliləşdirilə bilər

20-03-2023, 11:24           
İsveçrə bankı milliləşdirilə bilər
İsveçrə hakimiyyəti ölkənin UBS maliyyə holdinqi ilə sövdələşmənin baş tutmayacağı təqdirdə “Credit Suisse”in tam və ya qismən milliləşdirilməsi imkanını nəzərdən keçirir.

Məlumata görə, UBS-in dövlət dəstəyinə dair tələbləri sövdələşməni çətinləşdirib. Holdinq hökumətdən potensial məhkəmə çəkişmələrini, hüquqi və ya digər itkiləri öz üzərinə götürməyi xahiş edib. Belə ki, hesablamalara görə alqı-satqı prosesində 6 milyard dollarlıq bir rəqəm ortaya çıxıb.

Həmçinin, “Credit Suisse” ən böyük səhmdarı Səudiyyə Ərəbistanı Milli Bankının dəstəyi ilə aktivlərinin UBS tərəfindən təklif olunan qiymətə - 1,1 milyard dollara satılması ilə bağlı sövdələşməni təxirə salır.” Credit Suisse” bu təklifini çox aşağı hesab edir.
Qeyd edək ki, martın 17-də bankın bazar dəyəri demək olar ki, 7,4 milyard frank (8 milyard dollar), 2022-ci ilin sonunda maliyyə təşkilatının kapitalının balans dəyəri isə 45 milyard frank təşkil edib.

Mənbə: vedemosti.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.