Park Cinemadan Heydər Əliyevin xatirəsinə sayğısızlıq- ŞOK (FOTOLAR)

13-12-2015, 22:40           

12 dekabr günü Azərbaycanda eks prezident Heydər Əliyevin anım günü kimi qeyd olunur. Qaynar.info-nun verdiyi xəbərə görə, artıq illərdir ki, dövlət müəssisələri ilə yanaşı özəl strukturlar da öz fəaliyyət qrafiklərində mərhum prezidentin vəfatının ildönümü gününü nəzərə alırlar.

Buna baxmayaraq, Park Cinema kinoteatrlar şəbəkəsi bu gün öz repertuarında heç bir dəyişiklik etməyərək, komediya və əyləncə xarakterli filmləri nümayiş etdirir.

Qeyd edək ki, digər bütün kinoteatrlar repertuarlarını dəyişib və Heydər Əliyev haqqında filmlər filmlər yayımlayır.
teref.az olaraq qeyd etmək istəyirik ki, bütün xalq 20 yanvar faciəsini anan zaman Park Sinema Azərbaycan faciəsinə biganəlik göstərmişdi və yenədə öz proqramlarında heç bir dəyişiklik etməyərək bütün günü kinokamediya göstərmişdi.Hətta milət vəkili Fuad Muradov bununla bağlı Feysbukda qəzəbli bir statusda paylaşmışdı. O statusu teref.az olaraq sizə təqdim edirik:
“Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər səhflərini düzəltməyiblər.
Görünür millət vəkilinin məsləhəti Park Sinemanın rəhbərliyinə çatmayıb və onlar səhflərini düzəltmək fikrində deyillər!
Park Cinemadan Heydər Əliyevin xatirəsinə sayğısızlıq- ŞOK (FOTOLAR)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.