Türkiyədə oğlunun intiharına dözə bilməyən ata ağır cinayət törədib

16-01-2025, 17:18           
Türkiyədə oğlunun intiharına dözə bilməyən ata ağır cinayət törədib
Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində beş nəfərin qətlə yetirilməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Bu barədə "Haber Global" xəbər verib.

Belə ki, 15 yaşlı oğlunun intihar etməsinə görə həyat yoldaşı və onun ailə üzvlərini günahkar bilən polis məmuru Mehmet Tehçi beş nəfəri vəhşicəsinə qətlə yetirib.

Qeyd olunub ki, Mersində əvvəlcə həyat yoldaşını və baldızını öldürən polis əməkdaşı daha sonra Adanada qayınanasının və qayınatasının boğazını kəsib, qaynını isə ürəyindən bıçaqlayıb.

Şübhəli şəxs digər şəhərə daha bir qətl törətməyə gedərkən yaxalanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru