Alkoqolun az miqdarda istehlakı belə risklidir

16-01-2025, 15:58           
Alkoqolun az miqdarda istehlakı belə risklidir
Alkoqolun hətta az miqdarda istehlakı belə sağlamlıq üçün riskli hesab edilir. Foodinfo.az xəbər verir ki, araşdırmalar göstərir ki, az miqdarda alkoqol belə müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır və uzunmüddətli zərər verir.Az miqdarda qəbul edildikdə belə alkoqol ağız, boğaz, qaraciyər, döş və bağırsaq xərçənginə səbəb ola bilər. O, qan təzyiqini artırır və ürək ritmini pozaraq infarkt və insult riskini yüksəldir. Həmçinin yaddaşı və qərarvermə qabiliyyətini zəiflədir.Alkoqol qaraciyərə əlavə yük gətirir və zamanla onun funksiyalarını pozur. Eyni zamanda, daimi az miqdarda istehlak alkoqola bağlılıq yaradır. Bu içki immun sistemini zəiflədir və bədən müqavimətini azaldır. Sağlam həyat tərzini qorumaq üçün alkoqol qəbulundan tamamilə çəkinmək və ya istehlakı minimuma endirmək tövsiyə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru