Ukraynanın neçə minlik ordusu var? - Zelenski AÇIQLADI

16-01-2025, 12:28           
Ukraynanın neçə minlik ordusu var? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkə ordusunun şəxsi heyətinin sayı 880 min nəfər olaraq qalır və onu azaltmaq planı yoxdur.

TASS xəbər verir ki, bu barədə o, Varşavada Polşanın Baş naziri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda, Zelenskinin sözlərinə görə, bu 880 min nəfər ölkə daxilində səpələnib. Buna görə də Kiyev Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasının əleyhinədir.

"Azalma və s. haqqında mesajlar oyundur, biz bu gün bu oyunları oynamırıq", - deyə dövlət başçısı qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru