Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı məlumat yaydı

16-01-2025, 12:06           
Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı məlumat yaydı
Qazaxıstanın Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc olunana qədər qeyri-rəsmi məlumatı şərh etməyəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqat Komissiyası hadisənin səbəblərini müəyyən etmək üçün işləri davam etdirir. İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, bəzi Rusiya media orqanlarında AZAL pilotlarının danışıqlarının stenoqramı dərc olunub. İddia olunur ki, Azərbaycan Hava Yollarının Embraer E190 təyyarəsinin komandiri müstəqil olaraq Bakıya geri uçmaq qərarına gəlib, Rusiya dispetçerləri isə ona Rusiya ərazisinə eniş üçün bir neçə variant təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru