Rektorun cangüdəni nişanlı qıza söz atdığına görə döyülüb – QALMAQAL

14-12-2015, 09:00           
Rektorun cangüdəni nişanlı qıza söz atdığına görə döyülüb – QALMAQAL
Gəncə Şəhər Azərbaycan Texnologiya Universiteti ilə bağlı mediada dəfələrlə yazılıb. Bu dəfə bu təhsil ocağından Milli Təhlükəsizlik nazirinə şikayətdə isə ilginc faktlar yer alıb. Cumhuriyyet.az olaraq surəti avrasiya.net-də dərc olunan həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
Azərbaycan Texnologiya Universitetində Nurçu Prorektor “At” oynadır. Gəncə Şəhər Azərbaycan Texnologiya Universitetində “AT” oynadan “Şirek” ləqibi ilə tanınan Tədris işləri üzrə prorektor “Nurçu” Vüqar İsmayılov və Universitetin kadrlar şöbəsinin müdiri Nofəl Salmanov Universitetdə 14 dekabr 2015 ci il tarixdən Universitetin işcilərini attestasiya adı ilə onları universitetdən kənarlaşdırma planını qurublar.
Daha doğrusu desək Texnologiya universitetində iki nurçu məmur fəaliyyət göstərir, prorektor Vüqar İsmayılov və istehlak mallarının texnologiyası və eskpertiza fakültəsinin dekanı Azər Hüseyinin adı bu sıralarda çəkilir. Diqqətinizə çatdırım ki , prorektor Vüqar İsmayılovla, rektor Akif Süleymanovun arasında ciddi narazılıq var. Rektor Akif Süleymanov prorektor Vüqar İsmayılova sözünə keçirdə bilmir, Vüqar İsmayılov istədiyi işciyə, daha doğrusu desək katibəsinə, şoferinə yüksək məbləğdə maaş yazdırır və özünə də, 2500 manat məbləğində maaş təyin edib. Kadrlar şöbəsinin müdiri Nofəl Salmanov Türkiyənin Bursa şəhərində yerləşən Uluduağ Universtetinin İqdisadi və İdari bilimlər fakultəsini bitirib və Universitetin diplomunu Təhsil Nazirliyindən qeydiyyatdan keçirməməsinə baxmayaraq saxta diplomla universitetin kadrlar müdiri postunu tutub.

14 dekabr 2015 ci ildə aparılması nəzərdə tutulan “attestasiya” planı onu göstərir ki, prorektor Vüqar İsmayılov və onun nurçu həmkarları öz yaxın adamlarını çıxan şəxslərin yerinə Rektor Akif Süleymanovun adı ltında külli miqdarda pul alaraq onları işə götürsünlər. Azərbaycan Texnologiya universitetində müəllimlərin və texniki işçilərin maaşları digər universitetlərdən bir neçə dəfə azdır, Universitetdə prorektorların və kadrlar şöbəsinin müdirinin aylıq maaşları bütün universitetin işçilərinin maaşlarına bərabərdir. Universitetin rektoru Akif Süleymanov orada cangüdənlərlə gəzir ona yaxınlaşmaq mümkün deyil. Bir neçə gün bundan qabaq nişanlı qıza söz atdığına görə cangüdən Ruslanı qızın nişanlısı universitetin həyətində döyüb.
Universitetin hüquqşünas yerinə iki şəxsi götürüblər, bir yerə iki şəxsi götürmək qanuna ziddir, buna baxmayaraq Universitetdə qanunsuzluqlar həddini aşıbdır diqqətinizə çatdırım ki, Universitetin hüquqşünası Şakir Əliyev Gəncə həbsxanasının xidməti üzrə rəis müavini olubdur, işlədiyi dövrdə dustağın yeməyini yediyinə görə həbsxanada çıxarılaraq Gəncə dəmiryoluna əməliyyat müfəkkiri, vəzifəsinə təyin ediblər, Şakir Əliyev çirkin əməllərindən işlədiyi polis bölməsindədə əl çəkməyib, ərazidə yaşayan qadın alverçisindən ayda haqq alaraq onun evinə gələn şəxslərə göz yumubdur, bundan xəbər tutan polis bölməsinin rəisi Şakir Əliyevi polis orqanından kənarlaşdırıb, bir müddətdən sonra Şakir Əliyev Texnologiya Universitetinə müəllim kimi fəaliyyət göstərib, Akif Süleymanov Rektor təyin olunanda özünün müəllim yoldaşlarına dediyinə görə 1000 manat hörmət edərək Universitetin hüquqşünası keçibdir, ona təklif etsələrdə hüquqşünas vəzifəsindən kənarlaş Şakir Əliyev rektor Akif Süleymanovdan 1000 manat pulunu tələb edib, bu ziddiyyətin uzandığını görən rektor yeni hüquqşünas götürərək hər ikisini hüquqşünast kimi saxlayıb bir vakansiya yerində.
Verilən məlumata görə hüquqünas Şakir Əliyev, Rektor Akif Süleymanovun bir nömrəli agentidir, müəllim yoldaşları onun yanında söz danışmağa ehtiyyat edir. Yenidən qayıdaq Universitetin “Attestasiya” adı ilə kənarlaşan şəxslərə onlar ayda 115 manat məbləğində universitetdən maaş alırlar bu gün 115 manat maaşa qulluq edən şəxsləri kənarlaşdırmaq nə kişiliyə, nədən məmur özbaşınalığına yaraşmayan hərəkətdir. Azərbaycan Respublikasında bir neçə aydır ki, artıq məmur özbaşınalığına görə Nazirlər, nazirliyin işçiləri, və onların yaxın qohumları, dostları işdən kənarlaşdırılır, bəziləridə tutduqları çirkin əməllərə görə həbs olunur.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirinin müavini HÖRMƏTLİ Mədət Müəllim.
Sizin nəzərinizə çatdırım ki, Azərbaycanın ikinci böyük şəhərində “Hegominluq” edən Texnologiya Universitetinin Prorektorları, İsmayılov Vüqar Ağamusa oğlu, Yusifov Səbuhi Cəbrayıl oğlu, yeni seçilmiş dekanlar Azər Sədrəddin oğlu Hüseyn, Nicat Nəsirli, və kadırlar şöbəsinin müdiri Nofəl Salmanov Universiteti öz ata mülkləri kimi istifadə edirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevdə bunların çirkin əməllərindən xəbər tutmaqlarına baxmayaraq bunların öhdəsindən gələ bilmir. Universitetin müəllimləri “NURÇU” prorektorların, dekanların qarşısında aciz qalıblar ümidləri sosial şəbəkə vasitəsi ilə, sizə müraciət edirlər.
Azərbaycan Respublikasının Milli Təhükəzislik nazirinin müavini, hörmətli Mədət Quliyev cənabları bu işlərdən xəbəriniz olsun və bu barədə araşdırma aparın. Ölkə başcısı dəfələrlə qeyd edib ki, məmur vətəndaşı incitməməlidir onlar xalq üçün, millət üçün, vətəndaş üçün xidmət etməlidir buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanovun dostları prorektor Vüqar İsmayılov, Yusifov Səbuhi, dekanlar Azər Hüseyn, Nicat Nəsirli, və kadrlar şöbəsinin müdiri Nofəl Salmanov universiteti ata mülkləri kimi istifadə edirlər.
Sənan Əfəndiyev
P.S. Yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.