“Azərsu”nun “su sabotaj”ı..?

2-05-2015, 22:18           
“Azərsu”nun “su sabotaj”ı..?
Nəsimi su idarəsi “ağzına su alıb” susur

Bir müddət əvvəl Nəsimi rayonu, Topçubaşov küçəsində “zibilin dizə” çıxdığı barədə məqalə dərc eləmişdik. Ən maraqlısı isə o idi ki, həmin küçədə şəhərimizin meri Hacıbala Abutalıbov yaşayır. Şəhər merinin yaşadığı küçədə “zibil fontan” vurursa, gör, digər küçələr nə gündədir?

İnsaf naminə qeyd edək ki, məqalə dərc olunadan sonra problem öz həllini tapdı. Amma merin yaşadığı küçə yenidən problemlə üz-üzə qalıb. Bu dəfə “zibil problemi” deyil, su problemi sakinlərin qəzəbinə səbəb olub.

Beləki Avropa oyunları ərəfəsində, “Azərsu” şirkəti sakinlərin bayram ovqatını korlayıb və susuzluq insanların səbr kasasını daşırıb. Sakinlər bildirir ki, səhərdən axşamadək evlərə su verilmir. Nəsimi rayon su idarəsi isə “ağzına su alıb susur”.

Son iki ayda küçənin sakinləri susuzluqdan hər yerə şikayət etsələr də dərdlərinə əlac olmur. Hamı fikirlərşir ki, merin küçəsi “susuzluqdan yanırsa”, gör başqa küçələr nə haydadır…

Sakinlər deyir ki, bizim evlərin suyu kəsilib göydələnlərə vurulur, əlbəttə “quru sağ ol”a yox…

Bütün bunlar isə sonda vətəndaşları dövlətdən narazı salır. Onsuz da xarici bədxahlarımız dövlətimizin ünvanına olmazın böhtanlarını deyirlər. Bəs, “Azərsu” nə üçün ölkəmiz üçün həlledici vaxtda insanları aqressivləşdirir..? Yoxsa, bu da sabotajdır..?
qafqaznews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.