Türkiyədə antik dövrə aid məbəd aşkarlandı

24-12-2024, 18:33           
Türkiyədə antik dövrə aid məbəd aşkarlandı
Türkiyənin Osmaniye şəhəri yaxınlığında aparılan arxeoloji qazıntı zamanı antik dövrə aid məbədin qalıqları aşkarlanıb.

Türkiyə KİV-ləri xəbər verir ki, qazıntı işləri Mədəniyyət və Turizm Nazirliyi və Osmaniye Qorqud Ata Universiteti ilə birgə "Gələcəyə İrs" layihəsi çərçivəsində aparılır.

Qeyd olunur ki, məbəd eramızdan əvvəl 540-cı ilə aiddir.

Qazıntı zamanı, həmçinin məbədin düz yanında daha əvvəlki dövrlərə aid məbədin xarabalıqları da aşkarlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru