Bu meyvələri gündəlik qəbul etməklə sağlamlığınızı qoruya bilərsiniz
Dünən, 15:08
Narıncı rəngli meyvələr tərkibindəki zəngin vitaminlər və antioksidantlar sayəsində sağlamlıq üçün çox faydalıdır.Foodinfo.az xəbər verir ki, portağal, mandarin, ərik, şaftalı, yerkökü kimi meyvələr həm qidalandırıcıdır, həm də immuniteti gücləndirir. 1. Narıncı meyvələr, xüsusilə portağal və mandarin C vitamini ilə zəngindir. Bu, immuniteti artırır, dəriyə parlaqlıq verir və sərbəst radikallarla mübarizə aparır. 2. Bu meyvələr tərkibindəki beta-karotinlə göz sağlamlığını qoruyur, dəriyə elastiklik verir və orqanizmi zərərli təsirlərdən qoruyur. 3. Narıncı meyvələr həzm sistemini dəstəkləyən və qəbizliyin qarşısını alan liflə zəngindir. 4. Bu meyvələrdəki flavonoidlər qan dövranını yaxşılaşdırır, xolesterolu azaldır və ürək xəstəlikləri riskini azaldır. 5. Antioksidantlar dərinin gənc qalmasına, saçların sağlam və parlaq görünməsinə kömək edir. Bu meyvələri gündəlik pəhrizə əlavə edərək həm sağlamlığınızı qoruya, həm də enerji səviyyənizi artıra bilərsiniz.