Təhsil Nazirliyi rəsmisi həbs oluna bilər

3-05-2015, 12:28           
Təhsil Nazirliyi rəsmisi həbs oluna bilər
Pirməmmədovdan media adamlarına ilginc tapşırıq: “Misir Mərdənovun vaxtında kef edirdim, bu qoruq müdirini vurun ki, çıxıb getsin bizim də əl qolumuz açılsın…”
İlham Pirməmmədov illərdən bəri təhsil sektoru ilə azacıq maraqlanan hər kəsin tanıdığı bir şəxsdir. Sabiq nazir Misir Mərdanovun “qara qutu”su olan Pirməmmədov yeni nazirin dönəmində xeyli yerdəyişmə yaşadı. Aparat rəhbərliyindən müşavirliyə uzanan bu yolda hər kəs onun “vurulacağı”nı düşünürdü. Çünki Mikayıl Cabbarov vəzifəyə təyin olunan kimi ilk olaraq İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya
şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov tutduqları vəzifədən azad olundular.
Misir Mərdanova ən yaxın şəxslər “vurulduğu” halda
İlham Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Belə ki, sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir. Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış. Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə etib bu yolla milyonlara sahib olub.Pirməmmədov vəzifəsini qorudu. Baxmayaraq ki, hamı öncə onun yola salınacağını gözləyirdi.
Lakin gözlənilən olmadı və o, Təhsil Nazirliyində mövcudiyyətini müşavir olaraq qorumaqda davam edir.
Təhsil Nazirliyində “köçürmələr və saxta diplom kralı” kimi tanınan İlham Pirməmmədovla bağlı Olaytv.az-a daxil olan son məlumat isə kifayət qədər ilgincdir. Belə ki, bizə daxil olan məlumatlar Pirməmmədovun həbsdən qurtarmasının mümkünsüz olduğunu göstərir. Adının çəkilməsini və mediada hallanmasını istəməyən şəxsin iddiasına görə İlham Pirməmmədova və özünü onun kirvəsi kimi təqdim edərək ortada vasitəçi olan şəxsə 3(üç) min manat rüşvət ittihamı var. Belə ki, şikayətçımız ABU məzunu olsa da bəlli səbəblərdən diplomunu ala bilməyib. Bir neçə il bu problemin həlli ilə uğraşan gənc bu işi həll edəcək şəxslə rastlaşır. Onu da bildirək ki, yuxarıda da qeyd etdiyimiz kimi özünü İlham Pirməmmədovun kirvəsi kimi təqdim edən və mətbuat sahəsində çalışdığı bildirilən həmin adamın adı və şəxsiyyəti bizə bəllidir və növbəti saylarımızda bu adı açıqlayacağıq. Beləliklə, şikayətçimizdən ötən ilin noyabrında diplom probleminin həll olunması üçün şikayətçidən 3(üç) min manat alınıb və ortada olan vasitəçi kirvə ilə birgə Təhsil Nazirliyinin binasında İlham Pirməmmədovun qəbuluna salınıb. Pirməmmədov problemi yaxın vaxtda həll edəcəyinə söz verib bununla bağlı nazirliyin məsul işçisi İlyar Vahabova göstəriş verdiyini bildirib. Görüşün üstündən aylar keçməsinə baxmayaraq problem həll olunmayıb. Əvəzində bildirilib ki, həmin üç min manat İlham Pirməmmədova verilib, İlyar Vahabova da iki min manat verilməlidir ki, iş həll olunsun.

Bütün bunlardan sonra dolandırıldığını başa düşən şikayətçi baş verənlərlə bağlı təhsil naziriri Mikayıl Cabbarova və Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət ünvanlayıb. Həmin müraciətdə ba verənlər ətraflı şəkildə yazılmaqla yanaşı ötən müddət ərzində vasitəçilərlə telefon danışıqları və şəxsi söhbətlərin audio yazısı təqdim olunub ki, bu səsyazmalarında da alınan pulun İlham Pirməmmədova verildiyi aydın şəkildə bildirilir.
Onu da bildirək ki, şikayətçimiz İ.Pirməmmədovla görüşdə onun vasitəçi olan şəxsə mətbuatda nazir Mikayıl Cabbarova qarşı təbliğat aparılmasını tapşırdığını bildirir: “Misir Mərdənovun vaxtında kef edirdim, bu qoruq müdirini vurun ki, çıxıb getsin bizim də əl qolumuz açılsın…”
Baş verənlərlə bağlı daha ilginc detalları növbəti yazımızda təqdim edəcəyik. Bizi izləyin…
“Olaytv.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.