Yevlaxda pul davası
4-05-2015, 01:15
Yevlax rayon icra başçısı Qoca Səmədov, birinci müavini Qənimət Qaraşov və digər müavin Namiq Süleymanov arasında münaqişə yaranıb
qocasemedYevlaxın icra başçısı Qoca Səmədov ən maksimum şəkildə varlanmaq yolunu tutub. Gəncənin meri Elmar Vəliyevin kadrı olan bu şəxs hər il büdcədən ayrılan pulları bildiyi şəkildə idarə edir və nəticədə iş görülmək əvəzinə, öz büdcəsi şişməyə başlayır.
Qoca Səmədov Antaliyada ev alıb
Məlumatlara görə, icra başçısının Bakıda, Gəncədə, hətta Antaliyada ev sahibi olması da bu işlərin müqabilində olub. İndi isə oxuculara təkcə bu il üçün Qoca Səmədovun kiçik bir əməliyyatı barədə məlumat verək. Məlumata görə, Yevlax şəhərində 45 mənzilli yaşayış binasının layihə-smeta sənədlərinin hazırlanması üçün 90 min manat ayrılsa da, bunun heç 10 min manatı işə sərf edilməyib. Eyni aqibətlə mənzil fonduna aid binaların əsaslı təmiri işləri üçün ayrılmış 88580,15 manat da üzləşib. Yevlax sakinləri deyir ki, bu pullar Səmədovun “dejurnı xərcləri” üçün nəzərdə tutulub.
Yevlaxın icra başçısının ən böyük qazancı isə yolların əsaslı təmirinə ayrılmış 986971,23 manatdan olub. Çünki Yevlaxın iç yollarının bərbad halda olmasını bilməyən və görməyən yoxdur.
Dəftərxana və təsərrüfat xərcləri üzrə ayrılmış 18000 manat, cari təmir işlərinin satın alınmasına ayrılmış 21850 manat, əsaslı təmir işlərinin satın alınması üçün ayrılmış 42000 manatın da aqibətindən xəbər yoxdur. Amma ərzaq məhsullarının satın alınması üçün ayrılmış 156452 manatın səsi Bakıdan gəlib. Belə ki, Qoca Səmədovun bu pulun üstünü digər maşın və avadanlıqların satın alınması məqsədi ilə verilmiş 33700 manatla düzəldərək, özünə ev alıb.
Bundan başqa, icra başçısının inventarların satın alınmasına 29250 manat, idarənin digər xərcləri üzrə satınalmalara 11000 manat, yumşaq inventarların satın alınmasına 18850 və avadanlıqların satın alınmasına 10380 manat xərcləməsi də yalnız kağız üzərində var.
İcra Hakimiyyətində pul davası
Bu əsnada onu da bildirək ki, Yevlaxın icra başçısı Qoca Səmədov iki müavinin vəsait və nüfuz savaşı arasında qalıb. Belə ki, rayon icra başçısı Qoca Səmədov, birinci müavini Qənimət Qaraşov və digər müavin Namiq Süleymanov arasında münaqişə yaranıb. Baş verən münaqişənin səbəbi isə Yevlax rayonunun sosial iqtsadi inkşafına və abadlaşdırılmasına ayrılan külli miqdarda vəsaitin xərclənməsi məsələsidir.
Məlumatlı mənbə iddia edir ki, icra başçısının müavini, sosial iqtisadi inkşafın proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışan Namqi Süleymanov Yevlax rayonun sosial inkşafı, abadlaşdırılması üçün ayrılan vəsaitlərin böyük bir hissəsini təkbaşına özünə yaxın şirkətlərə vermək istəyib. Qeyd olunur ki, ötən ildə icra hakimiyyətinin başçısının müavini əksəriyyət tenderləri öz şirkətlərinə verib. Bu isə icra başçısı Qoca Səmədovun və birinci müavin Qənimət Qaraşovun narazılığına səbəb olub.
Bu ildə Namiq Süleymanovun əhəmiyyətli tenderləri öz şirkətlərinə vermək istəməsi qalmaqala səbəb olub. Belə ki, Namiq Süleymanovun bu istəyinə başçının birinci müavini Qənimət Qaraşov qarşı çıxıb. Daxil olan məlumatda qeyd olunur ki, sakit, mülayim bir şəxs olan Qoca Səmədov hazırda bu iki müavinin arasında qalıb.
Mənbə bildirir ki, hirsli və daha böyük vəzifələrə yüksəlmək iddiasında olan Namiq Süleymanov ayrılan vəsitlərdən əldə olunan “gəlirin” çox hissəsini özünə götürmək istəyib. Amma Qənimət Qaraşovda həyata keçirilən abadlıq, tikinti, cari təmir işlərindən özünə pay istədiyi üçün ortaya ciddi şəkilədə münaqişə düşüb. Əldə olunan “gəlirin” bir hissəinin icra başçısı Qoca Səmədov, digər hissəsini Qənimət Qaraşov istəməsi Namiq Süleymanovu heç də qane etməyib. Çünki həyata keçirilən abadlıq, tikinti, cari təmir işlərinə birbaşa cavabdeh olan sosial iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Namiq Süleymanov ağır bir yükün altına girərək az qazancla çıxmaq istəmir.
Təyinat məsələsi də qalmaqala çevrilib
Məlumatlı mənbə iddia edir ki, Namiq Süleymanovun Qoca Səmədov və Qənimət Qaraşovla münasibətinin gərginləşməsinin səbəblərindən biri də şəhər təsərrüfat şöbəsi müdirinin təyinatı məsələsidir. Başçının ikinci müavini həmin vəzifəyə özünə yaxın olan şəxsi təyin etdirmək və bununla da icra hakimiyyətindəki gücünü artıraraq de fakto rayonun idarə edilməsini öz nəzarətinə almaq niyyətindədir. Çünki dayanmadan öz işlərini reklam etmək və yuxarı dairələrin gözündə yaxşı görünməklə yüksək vəzifəyə qalxmaq Namiq Süleymanovun bir nömrəli məqsədidir. Mənbəmiz qeyd edir ki, şəhər təsərrüfat şöbəsinin müdiri vəzifəsini müvəqqəti idarə edən şəxs isə hələki Qənimət Qaraşova yaxınlığı ilə tanınır və birinci müavin həmin şəxsin o vəzifəyə təyin edilməsinə çalışır.
Yevlax rayon sakinləri də bildirilər ki, Qoca Səmədov sözün həqiqi mənasında yumşaq və mülayim biri bir şəxs olduğu üçün Namiq Süleymanovla Qənimət Qaraşov Yevlaxda vəsait davasına çıxıblar. Və Yevlax rayonunda, şəhərində son 3 ildə sadəcə olaraq kosmetik bir abadlıq aparılıb.Bütün bunlara cavabdeh olan Namiq Süleymanov isə səsiz şəkildə büdcədən axan yüz min manatlarla vəsaiti təkbaşına mənimsəməklə pul toplamaq və rayonların birinə icra başçısı getmək istəyir.
Xatırladaq ki, bir müddət əvvəl Namiq Süleymanovun Goranboy rayonuna başçı təyinatı almaq üçün çalışdığı barədə mətbuatda yazılar dərc olunmuşdu.
cumhuriyyət az