Gəncə Dəmir Yol Xəstənasında baş həkim işçiləri hədələyib pul yığır
4-05-2015, 10:42
Gəncə Dəmir Yol Xəstəxanasında özbaşınalıq adiləşib.
TİA.AZ-a verilən məlumatda deyilir ki, bir aya yaxındır Bakıdan ezam olmuş komissiya xəstəxanada yoxlamalar aparır. Komissiya üzvlərinin səhiyyə ocağının fəaliyyətində ciddi nöqsanlar aşkar etdiyi vurğulanır.
Məlumatlara görə, aparılmış maliyyə yoxlamaları zamanı küllü-miqdarda dövlət əmlakının mənimsənildiyi ortaya çıxıb. Tibb ocağının baş həkimi Vidadi Seyidov təcili iclas keçirməli olub.
İclasda işçilərinə bildirib ki, hamı bir qayda olaraq bir aylıq əmək haqqlarını baş həkimə verməlidir. Əks halda xəstəxananın bağlanmaq, özünün barəsində cinayət işi açılması təhlükəsi var.
Xəbərdə o da iddia olunur ki, işçilər öz narazlıqlarını dilə gətiriblər. Onlar hər kəsin banklara borcu, öhdəliklərində azyaşlı uşaqlarının olduğunu söyləyiblər. Əmək haqlarının onsuzda az olduqlarını bildirən tibb işçiləri deyilənlərin əvəzində baş həkimin ixtisar hədəsi ilə qarşılaşıblar.
Mənbə qeyd edir ki, baş həkim xəstəxananın göz xəstəlikləri şöbəsinin işçilərini bir araya toplayıb. V.Seyidov şöbə müdiri olan Sevinc həkimi işçilərin qarşısında aşağılayıb, tələb olunan pulun hələ də yığılmadığını söyləyib.
Həmçinin, digər şöbə müdirlərini və baş tibb bacılarını pulları yığmadıqda işdən çıxarmaqla hədələyib. Xatırladaq ki, xəstəxananın 480 nəfərdən artıq işçi heyəti var.