Uşaqların saxlanılması üçün aliment hansı qaydada təyin olunur?

6-12-2023, 09:14           
Uşaqların saxlanılması üçün aliment hansı qaydada təyin olunur?
Uşaqların saxlanılması üçün alimentin bu qaydada təyin olunması: bir tərəfdən ana tərəfdən boşanmaların sayının artmasına səbəb və stimul verir. digər tərəfdən isə ataların, xüsusən də işi olmayan, xəstə və ya əlil olan, imkansız olan ataların alimentin ödənilməsi imkanlarını məhdudlaşdırır.
Azərbaycan Respublikasının Konstitusiyasına və Ailə Məcəlləsinə əsasən valideynlər öz övladlarını saxlamağa borcludurlar. Buna görə də istənilən halda valideynlər övladını saxlamağa və ya aliment ödəməyə borcludur Hər bir halda aliment təyin olunarkən, onun ödənilməsi imkanları da araşdırılmalıdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında şəxsin aliment ödəməsinin əsasən 3 növü vardır.Bu ödəmələrdən ilk ikisi ilə əlaqədar hər hansı bir problem yoxdur. Lakin, üçüncü ödəmə ilə əlaqədar isə müıyyən problemlər vardır.
1. Aliment ödənilməsi ilə əlaqədar tərəflər arasında razılaşma olmadıqda, məhkəmə tərəfindən hər ay üzrə aşağıdakı miqdarda aliment təyin edilir: 1 uşağa görə — qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə — qazancın və ya başqa gəlirlərin üçdə bir hissəsi; 3 və daha çox uşağa görə — qazancın və ya başqa gəlirlərin yarısı məbləğində.
2. Valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
3. Məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınaraq sabit pul məbləğində təyin edilməsi.
Qeyd olunan haldaisə məhkəmələr bir qayda olaraq tərəflərin maddi vəziyyətini, işsiz olmasını,əlilliyi və xəstəliyini nəzərə almadan uşaqların saxlanılması üçün ehtiyac meyarı nəzərə almaqla hır bir uşaq üçün 220 manat məbləğində aliment təyin edirlər.
Uşaqların saxlanılması üçün ehtiyac meyarı 2023-cü ildə 220 manatdlr, 2024-cü ildə isə 240 məbləğində təyin edilməsi gözlənilir.
Əgər 3 uşağı olan valideynlər boşanarsa, 2024-cü ildə valideynlərdən biri 720 manat sabit pul məbləğində aliment ödəmək məcburiyyətində qalacaq. Bu isə, maddi vəziyyəti ağır olan, işsiz, əlil və ya xəstə olan valideynin alimenti ödəmək imkanını demək olar ki, məhdudlaşdıracaq. Eyni zamanda da digər tərəfə boşanma üçün müəyyən stimul verəcək. Son nəticədə isə analar bu alimenti ala bilməyəcək, ata isə alimenti ödəmədiyinı görə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacaq.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.