“İstədiyim kimi yaşayıram” – Nigardan qalmaqallı foto
17-08-2018, 15:42
“Eurovision 2011” qalibi Nigar Camal yenə paylaşımı ilə qalmaqal yaradıb.
Axşam.az-ın məlumatına görə, qısa geyimdə şəklini yayımlayan müğənninin oturuşu tənqid olunub.
Nigar paylaşımına “İnsanların haqqımda nə fikirləşdiyi ilə maraqlanmıram. İstədiyim kimi yaşayıram” sözlərini yazıb.
İzləyiciləri onu son günlər çox açıq-saçıq şəkillər paylaşdığı üçün qınayıblar. Nigar isə yazılan tənqidlərin heç birini silməyib və şərh bölməsini bağlamayıb.