Türk diplomat Türkmənistanda sətəlcəmdən öldü - Bu ölkədə koronavirusun olmadığını deyirlər
8-07-2020, 13:35
Türk diplomat Türkmənistanda sətəlcəmdən öldü İyulun 7-dən 8-nə keçən gecə Aşqabad Kardiologiya Xəstəxanasında Türkiyə səfirliyinin din üzrə müşaviri Kamal Uçkun dünyasını dəyişib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkiyə səfirliyi bu məlumatı təsdiqləyib.
Kamal Uçkunun iyunun 27-də yüksək temperaturla, nəfəs çatışmazlığı və öskürəklə xəstəxanaya yerləşdirildiyi bildirilib.