Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır?

Bu gün, 11:38           
Sertifikatsız müəllimlər repetitorluq edirlər:
Məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər sertifikat imtahanına cəlb olunurlar. Lakin imtahandan keçə bilməyən bəzi müəllimlər məktəbdə dərs demək imkanı qazanmadığı üçün repetitorluq edirlər.

TEREF ATV-yə istinadən xəbər verir ki, belə olan halda sual yaranır: İmtahandan keçə bilməyən müəllimlər necə fəaliyyət göstərə bilərlər?

Ekspertlər və ictimaiyyət nümayəndələri bildirirlər ki, hazırda valideynlər və şagirdlər daha çox nəticə verən müəllimləri axtarır, tanışlıq yolu ilə repetitor seçirlər. Soruşurlar: "Bu müəllimi tanıyırsan?", "Nəticəsi varmı?" Yaxşı nəticə göstərən müəllimi tapıb hazırlığa başlayırlar.

Əksəriyyət düşünür ki, hər müəllim yaxşı repetitor ola bilməz. Bəziləri hesab edir ki, repetitorların da sertifikat imtahanından keçməsi vacibdir.

Vətəndaşlar bildiriblər ki, bir müəllim imtahandan keçərək 60 bal toplasa da, repetitorluqla məşğul olmur. Digər tərəfdən, bəzi müəllimlər yüksək nəticə göstərən şagirdlər hazırlasalar da, heç bir rəsmi nəticəsi və sertifikatı yoxdur. Buna baxmayaraq, həmin müəllimlərə üstünlük verilir.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, repetitorlar da sertifikasiya prosesinə cəlb olunmalı və ya bu sahədə fəaliyyət göstərmələrinə dair lisenziya almalıdırlar. Hətta onların fəaliyyət göstərdiyi şərait - otağın təhlükəsizliyi və tədris imkanları da nəzərə alınmalıdır.

"Müəyyən şəxslər var ki, heç bir pedaqoji təhsili olmadan, repetitorluq fəaliyyəti göstərirlər. Məsələn, biri rus dilini yaxşı bilir, amma pedaqoji təhsili yoxdur, uşaqlara dərs deyir. Və ya riyaziyyatdan minimum biliyi olan şəxs bu sahədə repetitorluq edir. Ümumilikdə xidmət sahəsində leqallaşma və sertifikasiya prosesi mütləq həyata keçirilməlidir, - deyə ekspert bildirib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.