Qızıl unitazla ölkədə məşhurlaşan rusiyalı polkovnikə hökm oxundu

13-05-2025, 17:24           
Qızıl unitazla ölkədə məşhurlaşan rusiyalı polkovnikə hökm oxundu
Rusiyada Stavropol diyarının Yol Hərəkət Təhlükəsizliyi İdarəsinin keçmiş rəisi Aleksey Safonov 20 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş polkovnik rüşvət müqabilində vilayətin yollarında ağır yük maşınlarının maneəsiz hərəkətini təşkil edən cinayətkar bir qruplaşma yaratmışdı. Bununla belə o, bütün ölkədə evində quraşdırılmış qızıl unitazlar sayəsində "məşhurlaşıb".
Bu barədə "İzvestiya" xəbər verib.

İstintaqın versiyasına görə, Safonov yük avtomobillərinin postlardan maneəsiz keçməsi üçün qanunsuz icazə sənədləri satılan sxem təşkil edib. Pul vəsaitləri vasitəçilər üzərindən birbaşa ona ötürülüb.

Ümumilikdə, sabiq vəzifəli şəxsə qarşı 102 epizod üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Safonovun villasında aparılan axtarış zamanı həmçinin çoxsaylı lüks əşyalar və altı avtomobil aşkarlanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru