İndoneziyada partlayış nəticəsində 13 nəfər həlak oldu

13-05-2025, 15:08           
İndoneziyada partlayış nəticəsində 13 nəfər həlak oldu
İndoneziyanın Qərbi Yava əyalətində istifadədən çıxarılmış döyüş sursatlarının utilizasiyası zamanı baş verən partlayış nəticəsində 9 mülki şəxs və 4 hərbi qulluqçu həyatını itirib.

Oxu.az xəbər verir ki, bu barədə "Antara" agentliyi ölkənin Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Qarut rayonundakı hərbi poliqonda baş verib. Hərbçilər hadisə yerində təhlükəsizliyin təmin edilməsi və mümkün yeni partlayışların qarşısının alınması üçün tədbirlər görürlər.

İndoneziya Silahlı Qüvvələri Baş Qərargah rəisi general Maruli Simancuntakın sözlərinə görə, partlayışın səbəbləri müəyyən edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru