Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb VİDEO

13-05-2025, 16:18           
Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb  VİDEO
Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar başlayıb.

Bu barədə "Lybia Press" agentliyi xəbər verir.

Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini evlərində qalmağa çağırıb:

"Misrata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırırıq".

Bildirilir ki, toqquşmalar aparat rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.

Liviyanın paytaxtında Mitiqa Beynəlxalq Hava Limanı baş verən toqquşmalara görə fəaliyyətini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru