Zelenski həmin qanunu imzaladı

13-05-2025, 11:44           
Zelenski həmin qanunu imzaladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

“Bu sənəd iqtisadiyyatımıza, xüsusən də mühüm infrastruktura, sənayeyə və təsirə məruz qalmış regionların bərpasına irimiqyaslı investisiyaların cəlb edilməsinə yol açmalıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair saziş mayın 1-də imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru