Azərbaycan-Vyetnam münasibətləri inkişafdadır

Bu gün, 12:12           
Azərbaycan-Vyetnam münasibətləri inkişafdadır
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur.
Mayın 7-də Azərbaycan və Vyetnam arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoydu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi.
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vietnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən çoxsaylı yüksək səviyyəli görüşlər, tədbirlər və imzalanan fundamental sənədlər paketi Azərbaycan-Vyetnam münasibətlərinin son illərdəki dinamik inkişafının məntiqi kulminasiya nöqtəsi və gələcəyə yönəlik dərin strateji baxışın, sarsılmaz siyasi iradənin parlaq təcəssümü oldu.
Qəbul edilən Bəyanat iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrin həcminin və keyfiyyətinin artırılması, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil və elmi tədqiqatlar, mədəniyyət və incəsənət, turizm potensialının reallaşdırılması, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik kimi geniş və müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha yüksək və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün möhkəm, etibarlı hüquqi və siyasi baza rolunu oynayacaq.
Vyetnam liderinin ölkəmizə səfərinin əhəmiyyətinə xüsusi ilə toxunan dövlətimizin başçısı müsahibəsində bunun fəal əməkdaşlığa mühüm təkan olacağını qeyd edib: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq”.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.