“Bu hücum və qətliamlar cəzasız qalmayacaq” - Türkiyədən sərt reaksiya
17-10-2020, 07:24
Türkiyənin Ədalət və İnkişaf Partiyasının katibi Ömər Çelik bir saat əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərində mülki insanların yaşadığı məhəlləni raket atəşinə tutması ilə bağlı fikirləri bölüşüb.
O, fikirlərini “Twitter” hesabında paylaşıb.
Ö.Çelik bildirib ki, Ermənistan və onu dəstəkləyənlər müharibəyə zidd olan qətliam şəbəkəsi kimi özünü aparır: “Bu hücum və qətliamlar cəzasız qalmayacaq. Ermənistan insanlığa qarşı cinayətlər törədir. İnsanlıq və hüquq adına Ermənistan məhkum edilməlidir”.
O qeyd edib ki, Gəncəyə edilən hücum insanlıq cinayətidir.
Ermenistan ve destekçileri savaşın bile hukukunda olmayan katliam şebekesi gibi davranıyor. Bu saldırılar ve katliamlar cezasız kalmayacak.
Ermenistan insanlığa karşı suç işlemekten suçludur. İnsanlık ve hukuk adına Ermenistan mahkum edilmelidir. #Gence
— Ömer Çelik (@omerrcelik) October 16, 2020
Ermenistan bir haydut devlet olarak sivilleri öldürüyor. Acımasız katliamlar gerçekleştiriyor. Katiller ve destekçileri hukuku çiğniyor. #Gence’ye yapılan saldırılar insanlık suçudur.
— Ömer Çelik (@omerrcelik) October 16, 2020