Qətərdən İranın hücumu ilə bağlı gözlənilən açıqlama gəldi

24-06-2025, 07:08           
Qətərdən İranın hücumu ilə bağlı gözlənilən açıqlama gəldi
Qətər ərazisində yerləşən ABŞ-a məxsus Əl-Üdeyd hərbi bazasına İranın endirdiyi zərbələrə cavab olaraq beynəlxalq hüquqa uyğun şəkildə mütənasib və birbaşa cavab vermək hüququnu özündə saxlayır.
Bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari “X” üzərindən paylaşım edib.

“Qətər bu açıq-aşkar təcavüzə beynəlxalq hüquqa əsaslanan və onun miqyasına uyğun birbaşa cavab vermək hüququnu özündə saxlayır”, – deyə Ənsari bildirib.

O əlavə edib ki, İranın hücumundan əvvəl Əl-Üdeyd bazasındakı heyət vaxtında təxliyə olunub və insident nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, Misir Qətərlə həmrəyliyini ifadə edib və İranın zərbələrini qəti şəkildə pisləyib. Səudiyyə Ərəbistanı isə Qətərin cavab addımlarına dəstək vermək üçün bütün imkanlarını səfərbər etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru