Türkiyə Suriya ilə bağlı son nöqtəni qoydu

1-11-2016, 01:35           

Ya Menbiç PYD-dən tamamilə təmizlənəcək, ya da Menbiçin azad edilməsi üçün Azad Suriya Ordusuna (ASO) lazımi dəstək veriləcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

“Türkiyə sərhədlərinin qorunması üçün Suriyada “Fərat qalxanı” əməliyatı başlatmışıq. Planlaşdırılan kimi davam edir. Ankara hədəflərini müəyyələşdirərək təhlükəsiz bölgənin yaradılması üçün ilkin addımlar atır. Əlaqədar dövlətlərlə diplomatik danışıqlar aparılır. ASO-ya logistik dəstək verilir”, - Qurtulmuş bildirib.

Türkiyə rəsmisi onu da əlavə edib ki, Haşdi Şabi qruplaşmasının Mosula girməsinin qarşısı alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru