Azərbaycanda bank satışa çıxarıldı

2-11-2016, 15:19           
Azərbaycanda bank satışa çıxarıldı
Türkiyənin "Ziraat Bankası” Azərbaycanda tərəfdaşlıq etdiyi bankı satışa çıxarır.

"Qafqazinfo” Türkiyə KİV-nə instinadən xəbər verir ki, bu barədə "Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın Türkiyədə keçiridiyi mətbuat konfransında danışıb.

Direktorun sözlərinə görə, Azərbaycanda ortaq olduqları bankı satmağı düşünürlər. H.Aydın"Tərəfdaşlıqdan yavaş-yavaş çəkilməyi və bankı Azərbaycan Maliyyə Nazirliyinə satmağı düşünürük.

Yaxın günlərdə satışın tamamlanması planlaşdırılır”,- deyib .

Qeyd edək ki, "Ziraat Bankası”nın Azərbaycanda "Azər-Türk Bank”da səhmləri mövcuddur.

Ölkədəki "Ziraat Bank Azərbaycan” isə tam olaraq Türkiyənin "Ziraat Bankası”na məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru