Türkiyədə PKK tərəfdarı siyasətçilərin həbsinə — beynəlxalq reaksiya

4-11-2016, 20:14           

Aİ səfirləri HDP üçün fövqəladə toplantı keçirəcək

Aİ xarici əlaqələr və təhlükəsizlik siyasəti ali təmsilçisi Federika Mogherini HDP-li millət vəkillərinin həbs edilməsindən narahat olduqlarını bildirib və səfirləri iclas keçirməyə səsləyib.

Ölkə.Az xəbər verir ki, Aİ səfirləri Ankarada iclas üçün bir araya gələcəklər. Tədbirin Avropa Komissiyası binasında keçirilməsi nəzərdə tutulub. İclasdan sonra səfirlərin HDP qrupunu ziyarət edib-etməyəcəyi bildirilmir.

Barzani bəyanat verdi

Şimali İraq Kürd muxtariyyatının başçısı Barzani də HDP-li millət vəkillərinin həbsindən narahat olduğunu bildirib.

O, tezliklə deputatların sərbəst buraxılacağına ümid etdiyini qeyd edib. Hadisənin problemi daha da dərinləşdirəcəyi və sabitliyə xidmət etmədiyi bildirilib.

İtaliyadan reaksiya

İtaliya xarici işlər naziri Paolo Gentiloni Türkiyədə kürd əsilli millət vəkillərinin həbs edilməsi xəbərinə reaksiya göstərib. Nazir məsələyə görə narahat olduğunu bildirib və Türkiyə dövlətini deputatların hüquqlarına hörmət etməyə səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru