İrandan Türkiyəyə gözlənilməz zərbə - Elektrik enerjisi verməkdən imtina etdi

4-11-2016, 21:12           

İran Türkiyəyə elektrik enerjisi ixracını dayandırıb.

BakiPost.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın Energetika nazirinin köməkçisi Huşeng Felahetiyan məlumat verib. Bildirib ki, ixracın kəsilməsinə səbəb Türkiyənin İrana olan borcudur.

Felahetiyan Türkiyə şirkətinin İrana 200 milyon dollar borcu olduğunu deyib: "İxracatı dayandırmağımızın ən önəmli səbəbi ödənilməyən borclardır. Borcun ödənilməsi və ixracın bərpası üçün görüşlər başlayıb”.

Bəzi KİV-lərdə yer alan iddialara görə isə, Türkiyənin hidroelektrik üsullarla əldə etdiyi elektrik enerjisinin miqdarı artdığı üçün hökumət öz istəyi ilə İrandan idxalı dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru