Türkiyənin Şanlıurfa vilayətində qanlı terror aktından sonra Türkiyə ordusuna əmr verilib. ANS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə yerləşdirilən tank, haubitsa, raket və topların istiqamətini Suriya tərəfə çevrib. Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib. Türkiyə əsgərləri Türkiyədən Suriyaya və Suriyadan Türkiyəyə giriş-çıxışı tamamilə bağlayıb.