"Dost atəşi" - ABŞ hərbçiləri Qırmızı dənizdə öz qırıcılarını vurublar

Bu gün, 00:01           
"Dost atəşi" -
Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.

“Reuters” xəbər verir ki, hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.

Qırmızı dəniz artıq bir ildən çoxdur ki, aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.