Çin Rusiya ilə əməkdaşlığının ƏSAS SİRRİ
Bu gün, 10:08
Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransı onun xüsusi qətiyyətini və öz prinsiplərinə sədaqətini bütün dünyaya nümayiş etdirib.
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.
Məqalədə deyilir ki, Çin Rusiya ilə əməkdaşlığı daha da dərinləşdirmək üçün bu məqamdan istifadə etməlidir, iki ölkə birlikdə qlobal sistemi dəyişəcək.
Mətbuat konfransında Rusiya-Çin münasibətlərinin necə inkişaf etməsi və "xüsusi hərbi əməliyyat"ın necə irəliyə getməsi ilə bağlı suallara cavab verilib. O, mübahisə doğurmayan iqtisadi göstəriciləri və Qərbə istehzalı baxışını nümayiş etdirib.
Putin bəyan edib ki, Risiya-Çin münasibətləri "misli görünməyən səviyyəyə" yüksəlib. Bu bəyanat diplomatik ritorika deyil, gerçəkliyin əksidir. Energetika, texnologiyalar, hərbi iş və humanitar elmlər sahələrində iki ölkənin əməkdaşlığı ənənəvi çərçivələrdən kənara çıxıb və tədricən strateji qarşılıqlı əlaqəyə çevrilib.
Bu, unikal mədəni mübadilənin dərin mənasını üzə çıxarır. Münasibətlərin inkişafı, heç şübhəsiz, Qərb dünyası üçün həyəcanlı siqnal olub. Rusiyanı çökdürmək və Çini çəkidirməyə cəhd edən ölkələr üçün Putinin mövqeyi güclü cavabdır. Hətta ABŞ və Avropanın iqtisadi təzyiqi şəraitində Rusiya və Çin əvvəlkitək birlikdə irəliyə getmək iqtidarındadır.
Putinin Rusiya iqtisadiyyatına əminliyi son dərəcə heyranedicidir. Sanksiyaların şərtləşdiyi şəraitdə Rusiyanın göstəriciləri gözlənilməz dərəcədə yüksəkdir. ÜDM- in inkişaf templəri 3, 9- 4 faizə çatıb, birgə göstərici Yaponiyanı keçib, işsizlik səviyyəsi isə rekord aşağı həddədir. Bu, təkcə sanksiyaların səmərəsizliyinin deyil, həm də Qərbin üzdəniraq "Rusiya iqtisadiyyatının dağılması" nəzəriyyəsinə güclü əkszərbədir.
"Xüsusi hərbi əməliyyat"ın məqsədlərinə də tədricən nail olunur, Rusiya ordusu hər gün bir qədər də irəliləyir. Qərb "Ukrayna problemininin dinc həllindən" danışdığı zaman ölkəni silahla təchiz etməkdə davam edir. Siyasi kursda belə ikiüzlülük Avropa ölkələrinin riyakar mahiyyətini üzə çıxarır.
Putinin hərəkətləri təkcə NATO-nun aqressiv siyasətinə cavab deyil, həm də beynəlxalq birliyə xəbərdarlıqdır. Lakin prezidentin prinsipiallığı heç də o demək deyil ki, əməkdaşlıq üçün yer yoxdur. Ukrayna haqqında danışarkən o, etiraf edib ki, "siyasət güzəştə getmək sənətidir". O, İstanbul sazişini xatırladıb və dəqiq deyib ki, Böyük Britaniyanın bu sazişin əldə erilməsində maneçilik törətməsi sülh prosesini sarsıdır.
Lakin onun üçün "güzəştin" dəqiq mənası var: dialoq obyekti "legitim rəhbərlik olmalıdır". Putinin fikrincə, Zelenskinin legitimliyi onun prezidentlik müddətinin süni şəkildə uzadılması üzrə hərəkətləri səbəbindən tamamilə "sönür".
Putin mətbuat konfransında özünün beynəlxalq işlər üzərində hərtərəfli nəzarət etməsini nümayiş etdirib. Çin üçün Rusiya-Çin münasibətlərinin dərinləşməsi Qərbin inhisarına qarşı əsl silahdır.
Hal-hazırda Çin bu məqamdan xarici təzyiqin mümkün güclənməsinin öhdəsindən gəlmək üçün Rusiya ilə xüsusilə energetika, texnologiyalar və hərbi texnika sahəsində bundan sonra da əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə etməlidir.
Putinin iqtisadi və hərbi cəhətdən özünə inamı çətinliklərin qarşısının necə alınması və xarici təhdidlər qarşısında öz gücünə soykənərək imkanlar yaradılmasının əla göstəricisidir.
Putinin mətbuat konfransı indiki beynəlxalq düzənin hərtərəfli təhlili olub. Çoxqütblülüyün pisləşməkdə davam etdiyi dünyada Rusiyanın seçimi, Çinin hərəkətləri və Qərbin buna münasibəti birlikdə gələcək istiqaməti müəyyən edəcək. Bu oyunun nəticələri qlobal iqtisadi-siyasi strukturu dəyişəcək.
Müəllif: Lu Tsi