Əmək və icra intizamının pozulmasına görə işçiyə tədbiq olunan əmək intizam tənbehi - - Əmək müqaviləsinin ləğvi ilə nəticələnməməlidir.

23-12-2024, 07:24           
Əmək və icra intizamının pozulmasına görə işçiyə tədbiq olunan  əmək intizam tənbehi - - Əmək müqaviləsinin ləğvi ilə nəticələnməməlidir.
Əmək və icra intizamının pozulmasına görə işçiyə tədbiq olunan əmək intizam tənbehi, törədilən xətaya uyğun və adekvat olmalıdır və ya birbaşa olaraq bütün hallarda sonuncu intizam tənbehi olan - Əmək müqaviləsinin ləğvi ilə nəticələnməməlidir.
Əlbəttə, işçi əmək və ya icra intizamını elə gobud formada poza bilər ki, nəticədə bu xəta da axırıncı intizam tənbehi olan-əmək müqaviləsinin ləğvi ilə nəticələnə bilər. Lakin hər bir halda əmək prosesində yol verdiyi səhvlərə və ya pozuntulara görə intizam məsuliyyətinə cəlb olunarkən: işçilərin peşəkarlığı, kollektivdə nüfuzu, işdə olan nailiyyətləri, pozuntuların qəsdən və ehtiyatsızlıqla törədilməsi, dəymiş ziyan, ağır və ya yüngül formada olması və sair hallar nəzərə alınmalıdır.
Əmək və icra intizamının pozulmasına görə sonuncu intizam tənbehi sayılan və əmək müqaviləsinin ləğvinə qədər AR-nın Əmək Məcəlləsində İNTİZAM XƏTASI SAYILMAYAN şifahi və yazılı xəbərdarlıqlar,intizam tənbehi olan: töhmət və ya şiddətli töhmət, kollektiv müqavilədə nəzərdə tutulan hallarda Əmək haqqından -dörddə bir hissədə tutulma kimi məsuliyyət növləri də vardır.
Hər bir halda - İşəgötürən intizam tənbehini verərkən İŞÇİNİN ŞƏXSİYYƏTİNİ, kollektivdə NÜFUZUNU, PEŞƏKARLIQ səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
Azer Quliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru