Xalqın etimadını və rəğbətini qazanmış Prezident

Bu gün, 15:19           
Xalqın etimadını və rəğbətini qazanmış Prezident
Artıq tarixə çevrilmiş son 21 ildə ölkəmizdə həyata keçirən uğurlu
daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı.
Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident
seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi “Mən hər bir
Azərbaycanlının Prezidenti olacağam” fikrinə sadiqliyini öz əməlləri ilə
sübuta yetirib. Regionlara, eləcə də xarici ölkələrə səfərləri zamanı sadə
vətəndaşlar, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla görüşüb onların
problemləri ilə yaxından maraqlanan Prezident İlham Əliyev məhz bu
keyfiyyətlərinə görə hər bir azərbaycanlının etimad və rəğbətini qazanıb.
Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi dövrdən regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrlə
paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramların icrası
ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal
xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun
artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin
məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan
verdi. Ölkədə 1 milyondan artıq yeni iş yerinin yaradılması əhalinin həyat
tərzinin yüksəldilməsində və gələcəyə olan inamın möhkəmləndirilməsində
mühüm rol oynadı. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq
ölkəmizdə keçirilən prezident seçkilərində xalq dövlətimizin başçısına
inandığını və güvəndiyini seçki məntəqələrində səsvermə ilə sübut edib.
2018-ci ildə keçirilən prezident seçkilərindən sonra həyata keçirilən
islahatlar nəticəsində Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə
qədəm qoyub. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın
yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək
peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq
birliyinin səbəbidir.
Həyata keçirilən xarici siyasət kursunun prioritetini Ermənistan–
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü
çərçivəsində həlli təşkil edib. Dünyada baş alıb gedən ikili standartlar,
siyasi riyakarlıq və islamofobiya, o cümlədən Ermənistanın qeyri-
konstruktiv mövqeyi, işğal siyasətindən əl çəkməməsi və “böyük
Ermənistan” iddiası münaqişənin 30 ilə axın bir müddətdə davam etməsinə
rəvac verdi. Ancaq bu müddət ərzində Qərbin bir sıra qərəzli dairələrinin
təzyiqlərinə baxmayaraq, dövlətimizin başçısı geriyə çəkilmədi və ərzi
bütövlüyümüzün təmin olunması yolunda prinsipial və qətiyyətli mövqeyini
sona qədər davam etdirdi. Nəticədə 2020-ci il Azərbaycanın tarixinə
Qələbə ili kimi həkk olundu. Eyni zamanda, 2020-ci il dekabrın 10-da
Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradı bütün dünyaya
Azərbaycanın gücünü, qüdrətini, xalqımızın siyasi iradəsini, dövlət
başçımızın qətiyyətini bir daha nümayiş etdirdi.
Daha üç il sonra – 2023-cü ilin sentyabrında cəmi bir gün çəkən
antiterror tədbirləri nəticəsində işğal altındakı digər torpaqlar da tam azad
edildi və noyabrın 8-də Qarabağın inzibati mərkəzi olan Xankəndi
şəhərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə əzəmətli hərbi parad keçirildi. Bu parad
Azərbaycanın gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Düşmən
nəinki təslim oldu, həmçinin 30 il bundan əvvəl torpağımızda yaratdıqları
qondarma rejimə də xitam verildi. Beləliklə, tarixi ədalət bərpa edildi.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider
kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq salnaməsini
yaratdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabr
ayının 7-də imzaladığı Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də
Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu
növbədənkənar Prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq
olar. Əlamətdar haldır ki, Müstəqil Azərbaycanın tarixində ilk olaraq
Prezident seçkiləri bütün ölkə ərazisində keçirildi.
Bu seçkilər də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi oldu.
Öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən
Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında oldu, müdrik
dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər
təşəbbüslərini ən fəal şəkildə dəstəklədilər.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.