İskəndəriyyə kitabxanasını doğrudan xəlifə Ömər yandırtdırıb?

7-06-2015, 07:08           

İslamın hərb qanunlarına görə savaşdan əldə olunan qənimetin 4/5 döyüşçülərə, 1/5 dövlətə çatırdı.
Rəvayətə görə Misiri fəth edən HӘZRӘTİ ÖMӘR dünyalarca məhşur İsgəndəriyyə kitabxanasını: "Әgər o kitablarda yazılanlar QURANDA varsa, onlar nəyə lazımdır. Әgər yoxsa, ikiqat nəyə lazımsızdırlar"- deyərək, yandırmaq əmri verib. Bu fərziyyə XII əsrdə Şərqdə yaşayan 3 xristian "tarix yazarı " tərəfindən ortaya atılmışdır. Müasir xristian kopt ( Misirin yerli qədim əhalisi ) tarix yazanları bu cəfəngiyatı həqiqət qələminə vermək üçün xüsusi fəallıq göstərirlər. Səbəb: "Antiq dövr mədəniyyətinə ən böyük zərbə vuran xristianlığı duruya çıxarmaq". Fəlsəfə, riyaziyyat, tibb sahəsindəki biliklər lazımsız elan edildi. Sudan gigienik məqsədlərlə istifadəyə qadağan qoyulması, antik hamam mədəniyyətini az qala yox etmişdi. Xəstəlikləri törədən mikroblar, bakteriyalar barəsindəki elmi mülahizələr kənara atıldı. Dərdlərə səbəb, orqanlarda gizlenmiş cinlərin olması fərziyyəsi şüurlara hakim kəsildi və onları "qovmaq" üsulları təlimi elmi əvəz etdi. Әsrlər boyu sınaqdan keçmiş tebii dərmanlarla müalicənı, İSA PEYĞӘMBӘR kimi möcüzələr yolu ilə həyata keçirəcəklərini bəyan edən din xadimləri tutdu. Bu üsulla onlar özlərini müqəddəs elan etdilər. İnsanlar şəfa tapmaq üçün bu "müqəddəslərin" diri ikən əl-ayağını, öləndən sonra sümüklərini dərman bildl. Təbiətin şıltaqlıqlarından qorunma, YARADANA zidd hərəkət kimi qiymətləndirildi. İldırım ötürücü qurğular şeytan əməli elan edildiyindən, kütləvi yanğınlar adi hal almişdı. Fəlakətə səbəbkar kimi isə, cisminə şeytan girmiş qadınlar göstərilirdi. Təkcə Almaniyada XV əsrdə 80000 qadın bu adla öldürülmüşdü. Şəhərlərdə kanalizasiya sisteminin, tualetlərin olmaması həyatı dözülməz hala salmışdı. Bütün bunlar müsəlman ölkələrindən gələnlərin təəcübünə səbəb olurdu. Qayıdaq İsgəndəriyye kitabxanasına. Bu elm mərkəzi V əsrdə (İSLAMDAN XEYLİ ÖNCӘ) Bizans imperatorunun əmri ilə məhv edilmişdi. Məqsəd: "Xristianlıqda təriqət fərqlərini yarada biləcək elmi axtarışları əsaslandıran bir mərkezi yox etmək" idi. Bu günahı qədim dünyanın mədəni irsini qoruyub müasir dünyaya çatdıran İSLAM MEDENİYYETİNİN YARADICILARINDAN BİRİnin üzərinə atmaq, ən azı sərsəmlikdır.
( Mülahizələrimdə müasir türk tarixçisi Mehmet Çelikin fikirlərindən istifadə etmişəm)
Eldar Tağıyev
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.