Ağ Ev HƏMAS-ın İsraillə 5 illik atəşkəs təklifini rədd edib

26-04-2024, 07:54           
Ağ Ev HƏMAS-ın İsraillə 5 illik atəşkəs təklifini rədd edib
ABŞ administrasiyası HƏMAS hərəkatının təkliflərini, o cümlədən İsraillə ən azı beş il atəşkəsin təmin edilməsi istəyini rədd edib.

HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayyanın "Associated Press"ə verdiyi müsahibədə səsləndirdiyi bu fikirləri şərh edən Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun danışıqlara hazır olmadığını təsdiqləyib.

Kirbi Vaşinqtondan Nyu-Yorka səfər edərkən ABŞ prezidenti Co Baydenin təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib: "HƏMAS-ın nəzarəti altında heç bir Fələstin dövləti olmayacaq. Bu, terror təşkilatıdır".

Eyni zamanda, Ağ Ev nümayəndəsi əmin edib ki, Vaşinqton hələ də tamhüquqlu müstəqil Fələstin dövlətinin yaradılması və onun İsraillə dinc yanaşı yaşaması vasitəsilə Yaxın Şərqdəki münaqişənin həllinə çalışır: "Biz iki dövlətli həllin tərəfdarıyıq. Lakin buna münaqişə tərəfləri arasında birbaşa danışıqlar yolu ilə nail olmaq lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru