KİV: Taliban altı iranlı sərhədçini saxlayıb

26-04-2024, 08:34           
KİV: Taliban altı iranlı sərhədçini saxlayıb
Taliban hərəkatının üzvləri Fərah vilayətində 6 iranlı sərhədçini dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinərək saxlayıblar.

Bu barədə Əfqanıstanın "Hasht-e Subh" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, altı iranlı sərhədçi Fərah əyalətinin Əbu Nəsir quru limanı ərazisində Əfqanıstan ərazisinə qanunsuz daxil olduqdan sonra Taliban tərəfindən saxlanılıb. Nəşrin həmsöhbətləri qeyd edib ki, həbsdən sonra 6 nəfərin hamısı Taliban düşərgəsinə köçürülüb.

İran-Əfqanıstan sərhədində tərəflərin bir-birinin ərazisinə qeyri-qanuni daxil olmaqda qarşılıqlı ittihamları zəminində sərhədçilər arasında münaqişələr mütəmadi olaraq baş verir. Əfqanıstanın "Aamaj News" agentliyi mənbələrə istinadən xəbər verib ki, aprelin 4-də baş verən son insident zamanı Taliban Əfqanıstanın cənub-qərbində İran sərhədçiləri ilə toqquşub və hətta onlardan birini saxlayıb. İranın Sistan və Bəlucistan əyalətinin təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti kiçik münaqişənin baş verdiyini təsdiqləyib, lakin silahlı toqquşma ilə bağlı məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru