Danimarka 2028-ci ilə qədər Ukraynaya 9,3 milyard dollar hərbi yardım edəcək

26-04-2024, 08:04           
Danimarka 2028-ci ilə qədər Ukraynaya 9,3 milyard dollar hərbi yardım edəcək
Danimarka hökuməti Ukraynaya hərbi yardımı 4,4 milyard kron (təxminən 629 milyon dollar) artırmaq qərarına gəlib. Beləliklə, 2028-ci ilə qədər yardımın ümumi məbləği 64,8 milyard kron (9,26 milyard dollar) təşkil edəcək.

Bu barədə krallığın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

"Müharibə başlayandan bəri Danimarka ən fəal donor ölkələrdən biri olub, biz eyni ruhda davam etməliyik, ona görə də şadam ki, Folketinqdəki (parlament) partiyaların böyük əksəriyyəti bizi dəstəkləyir", - nazir qeyd edib.

Ötən həftə Krallığın Müdafiə Nazirliyi Kopenhagen və Kiyev arasında müdafiə-sənaye əməkdaşlığını genişləndirmək üçün hökumətin Ukraynaya 2,2 milyard kron (313,7 milyon dollar) dəyərində 17-ci yardım paketini təsdiqlədiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru