Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?

26-04-2024, 08:47           
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir -
Ağstafa rayon Dağ Kəsəmən kəndinin bələdiyyə sədri işdən azad olunduqdan sonra sözügedən post Solmaz Nağıyevaya həvalə olunub.

32gun.az-a daxil olan məlumata görə, bununla da Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Solmaz Nağıyeva hazırda iki məsul işi icra etməkdədir.

Ağstafa rayon Dağ Kəsəmən kəndində bələdiyyə sədri vəzifəsi və eyni zamanda da Mərkəzləşmiş kitabxana sisteminin direktoru vəzifəsini icra edir.

Maraqlıdır ki, Dağ Kəsəmən kənd bələdiyyə sədri müəyyən ittihamlarla öz vəzifəsindən uzaqlaşdırılandan sonra həmin vəzifəyə rayonda deyəsən alternativ tapılmayıb.

Diqüət çəkən məqam isə sabiq bələdiyyə sədrinilə Solmaz xanımın qohumluq əlaqələrinin olmasıdır.

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, kənd sakinləri Solmaz Nağıyevadan arayış almaq üçün onu ya Ağstafa MKS-də ya da ki, Regional idarədə axtarmalı olurlar. Saatlarla qapı qarşıdında növbə gözləməli olurlar.

Ağsatafa sakinləri iş tapmaqda çətinlik çəkir, Solmaz Nağıyeva isə 2 işi eyni zamanda icra edir.

Əlavə olaraq saytımıza verilən məlumatda iddia olunur ki, Solmaz Nağıyeva qızı Fəridə Xudiyevanı Qazax Mərkəzləşmiş Kitabxana Sisteminə direktor vəzifəsinə təyin etdirib. Eyni işi ana Ağstafada qızı isə Qazaxda icra edir.
Yəqin buna mədəniyyət dilində "ailə ansamblı" deyilir. Axı onlar mədəniyyət sahəsində çalışır.

Görəsən bütün bunlardan Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin yeni rəisi Nail Məmmədov xəbərdardırmı?
Belə anlaşılır ki, Solmaz Nağıyevanın əsas işi bələdiyyə sədri kimi arayış verib, torpaq satmaq, daha sonra MKS-nin işini görməkdir. Belə anlamaq olar ki, kitabxanada da nə iş Sakinlər tərəfindən qapısı açıla bilməyən Ağstafa Rayon MKS-də direktora da ehtiyac yoxdur.
Xatırladaq ki, Qazax rayon icra başçısının birinci müavini Məmməd Alıyevin öz doğma bacısı oğlu Kamil Eyyubovun iki vəzifədə işləməsi barədə xəbər vermişdik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.