Tələbə Baş Nazir də gördük ...

26-04-2024, 09:34           
Tələbə Baş Nazir də gördük ...
Tələbə Baş Nazir də gördük – Naxçıvan MR-nın Ali Məclisin qərarı ilə Ceyhun Cəlilov NMR-nın yeni Baş naziri təyin olunub. Ceyhun müəllim hələ də oxuyur - İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA- Chartered Institute of Management Accountants) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.
Təqdiralayil addımdır, oxumağı deyirəm, amma Naxçıvan özəl yerdir, orada 37 yaşlı, ingilis/rus dilli “şəhər uşağının” baş çıxartması müşkül işdi. Qarabağ məsələsinin tam həllindən sonra NMR-ın statusunun qalmasına ehtiyac yoxdur, unitar ölkə məntiqi ilə bu status ləğv edilməlidir, Naxçıxan iqtisadi rayonu (Yeni yaranmış 14 iqtisadi rayonun biri də Naxçıvandır) inzibati-ərazi vahidinə çevrilməli, ora Prezidentin şəxsi nümayəndəsi Dövlət işlərinə nəzarət üçün təyin edilməli, gündəlik idarəetmə müxanizmləri isə Naxçıvan ərazisindəki şəhər-rayonların seçilmiş Bələdiyyə Başqanalrına həvalə edilməlidir. Yəni, yenə gəlirik Konstitusiya dəyişkliklərinə - məncə, Ana Yasa islahatları artıq zərurətə çevrilib, çünki, məsuliyyət və səlahiyyət “xəttləri” tam bir-birinə qarışıb.
Məsələn, Prezidentin Naxçıvan MR-ı üzrə şəxsi nümayəndəsi var, NAR-ın Ali Məclisinin sədri və Baş Naziri də var, yaxşı, indi kim-kimə tabedir, kimin məsuliyyəti hara qədərdir, kimin səlahiyyəti harada başlayıb harada bitir – bu sulların cavabı aydın deyil. Bu isə ölkə üzrə bütün regionların idarəetmə sistemində boşluqların olmasını göstərir – bir daha deyim, bu gün ölkənin sosial-iqtisadi problemlərinin həlli yolu ancaq sistem və iradəetmə islahatlarından keçir, başqa yol yoxdur, bu addımsız problemlər həll olunmayacaq, bunun üçün isə Konstitusiya islahatları vacibdir...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru