Qida ilə bağlı mühüm tövsiyələr

26-04-2024, 09:58           
Qida ilə bağlı mühüm tövsiyələr
Diyetoloqların qida istehlakı ilə bağlı fərqli şərhləri olsa da, ümumiyyətlə bir çox ortaq nöqtələri var.Foodinfo.az xəbər verir ki, qida istehlakı ilə bağlı verilən tövsiyələri araşdıran və tövsiyələri bir araya gətirən amerikalı yazar Maykl Pollan “Qida qaydaları” kitabında bu barədə məlumat verib.Pollanın mütəxəssislər və bir çox insanla məsləhətləşərək yazdığı kitabından tövsiyələri təqdim edirik:
1. Çörək nə qədər ağ olsa, ölüm bir o qədər yaxındır. Ağ unun şəkərdən heç bir fərqi yoxdur.
2. Südün rəngini dəyişən dənli bitkiləri yeməyin.
3. Nənənizin tanımadığı yeməkləri almayın!
4. Ac olanda yeyin! Boşqabınızda nə qədər rəngli yemək varsa, o qədər sağlamdır.
5. Fast food paketindəki "inqrediyentlər" bölməsi nə qədər uzun olarsa, bir o qədər çox ziyandır.
6. Yeməkdən həzz almaq üçün kifayət qədər yavaş yeyin
7. Qida məhsullarının saxlama müddəti nə qədər uzun olarsa, o, bir o qədər çox emaldan keçir.
8. Doymamışdan əvvəl masanı tərk edin! Yaponlar 80%, çinlilər isə 70% tox olanda durmağı tövsiyə edir.
9. Tərəvəzlərin suyunu da için! Bunlar qida dəyəri baxımından çox zəngindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru