Trampın bu qədər borcu varmış – Şok rəqəm

18-05-2019, 11:00           
Trampın bu qədər borcu varmış – Şok rəqəm
Ağ Ev ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə qazandığı gəlirlərin həcmini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evin yayımladığı sənəddə Amerika liderinin ötən il 434 milyon dollar qazandığı bildirilib.

Trampın təkcə Vaşinqtonda yerləşən “Trump International Hotel”dən 40,8 milyon dollar əldə etdiyi vurğulanıb. Floridadakı “Mar-a-Lago Hotel”indən qazandığı gəlir isə 22,7 milyon dollar olub.

Amerika prezidenti 2017-ci ildə 450 milyon dollar qazanc təmin etdiyini açıqlamışdı.

Ağ Evin açıqladığı sənəddə diqqət çəkən əsas məqamlardan biri Trampın borcu ilə bağlıdır. Sənəddə ABŞ prezidentinin 315 milyon dollar borcunun olduğu bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.