Messi Ronaldonun rekordunu qırdı

28-05-2023, 11:34           
Messi Ronaldonun rekordunu qırdı
Lionel Messi Avropanın yüksək liqalarında qol rekordçusu oldu.

PSJ-nin forvardı “Strasburq”la oyunda 59-cu dəqiqədə hesabı açıb. Bu, onun ən puplyar 5 cempionatdakı 577-ci matçda 496-cı qoludur.

Öncəki rekord 626 oyunda 495 qolla Kristianu Ronalduya məxsus idi.

Qeyd edək ki, Messinin “Strasburq”la oyunda vurduğu qol komandasına çempionluq qazandırıb. Futbolçu karyerasında 43-cü mükafatını əldə edib. Ronaldu isə ikinci ildir ki, mövsümü mükafatsız başa vurub.

Mənbə: sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.