Tramp Fars körfəzinin adını dəyişmək istəyir

Dünən, 17:34           
Tramp Fars körfəzinin adını dəyişmək istəyir
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın bundan sonra Fars körfəzinə Ərəbistan körfəzi və ya Ərəb körfəzi kimi müraciət edəcəyini açıqlamağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə AP anonim qalmaq istəyən Amerika rəsmilərinə istinadən yazıb.
Fars körfəzinin ərəb dövlətləri uzun müddətdir ki, onun Ərəb körfəzi adlandırılmasını tələb edirlər və bu ölkələrin özlərində körfəz adətən belə adlanır. Pentaqon da öz sənədlərində və xəritələrində uzun müddətdir ki, körfəzi Ərəbistan körfəzi kimi qeyd edir.
Trampın özü 2017-ci ildə körfəzi Ərəbistan körfəzi adlandırıb və bundan sonra İranın o vaxtkı prezidenti Həsən Ruhani ona “coğrafiyanı öyrənməyi” tövsiyə edib.
2012-ci ildə İran xəritələrində körfəzin adının çəkilməməsi qərarına görə “Google”u məhkəməyə verməklə hədələmişdi. Hazırda ABŞ-da “Google Maps”də körfəz “Fars (Ərəb)” kimi etiketlənir.
Yanvar ayında Donald Tramp Meksika körfəzinin adının Amerika körfəzi adlandırılmasını əmr etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.