Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir VİDEO

9-05-2025, 08:58           
Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır -
Bakının Yasamal rayonunda yerləşən Dağüstü qəbiristanlıqda uzun illərdir ziyarətçisi olmayan qəbirlərin dağıdılaraq satışa çıxarıldığı iddia olunur.

TEREF APA TV-yə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən vətəndaş danışıb.

Onun sözlərinə görə, boş yer olmadığından içərisində meyit olan qəbirlər təklif olunub:

"Hansını istəyirsinizsə, seçə bilərsiniz" dedilər. Həmçinin bu proses heç bir sənədləşmə olmadan həyata keçirilir. "Bu qəbirlər bizim nəzarətimizdədir, illərdir ziyarətçiləri yoxdur, kimsəsizlərdir" - deyə bildirildi".

Şikayətçi əlavə edib ki, tullantılarla gizlədilmiş bəzi qəbirlər ustalıqla yandırılaraq izlər ört-basdır edilir.

Məsələ ilə bağlı Yasamal Rayon Bələdiyyəsindən bildirilib ki, 2019-cu ildən bu günə qədər vəfat edən şəxslərin yaxınları dəfn üçün müraciət etdikdə, onlara qəbiristanlığın 1940-cı ildə salındığı və 1974-cü ildən etibarən bağlandığı barədə məlumat verilib.

Qeyd olunub ki, yeni yer olmadığından ailələrin razılığı əsasında yaxın qohumların ətrafında, yaxud şəriətə uyğun şəkildə, 25 ildən çox müddət keçmiş qəbirlər açılaraq yenidən dəfn həyata keçirilir.

Ətraflı süjetdə:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru