1946-cı ilin yayı. Dünya yeni müharibənin astanasından donur.

9-05-2025, 07:54           
1946-cı ilin yayı. Dünya yeni müharibənin astanasından donur.
Stalin Türkiyədən Qarsı, Ərdahanı və Şərqi Anadolunun bir hissəsini - guya ermənilərin və gürcülərin “tarixi torpaqlarını” tələb edir. Həm də - Bosfor və Çanaqqala (Dardanel) boğazlarına birgə nəzarət istəyir. Türkiyə imtina edir.
Sovet qoşunları Zaqafqaziyada toplaşmağa başlayır. Qırmızı Ordunun qərargahı Türkiyənin şərqində hərbi əməliyyatlar üçün planlar qurur. Qərb kəşfiyyatının məlumatına görə, SSRİ İtaliya donanmasının bir hissəsini Qara dənizə - boğazlara nəzarətin yaradılması əməliyyatı üçün köçürməyə hazırlaşır.
İstanbul çaxnaşma içindədir. Amerika və Britaniya diplomatları fasiləsiz danışıqlar aparırlar. Amerika donanması Türkiyə sahillərinə yaxınlaşır.
1946-cı ilin avqustunda Vaşinqton rəsmi olaraq bəyan edir: Türkiyəyə hücum ABŞ-a qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.
Stalin geri çəkilir. SSRİ artıq Türkiyəni təhdid etmir. 6 il sonra isə Türkiyə NATO-ya daxil olur və Qərbin Sovet sərhəddindəki forpostuna çevrilir.
Beləcə hələ başlamamış “Bosfora hücum kompaniyası” sona çatdı.
Leyla Onlaş
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru